Azərbaycanda narkotik alverçisi olan 38 qadın tutulub

Azərbaycanda narkotik alverçisi olan 38 qadın tutulub
  22 Dekabr 2019    Oxunub:3824
2019-cu ilin birinci yarısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 1674 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, onlardan 1636 nəfəri kişi, 38-i isə qadındır.

"Cinayət törətmiş şəxslərdən 5 nəfəri 14-17 yaşdadır. 195 nəfər qrup halında, 5 nəfər sərxoş vəziyyətdə, 11 nəfəri isə narkotikin təsiri altında cinayət törədib. İnzibati məsuliyyətə cəlb edilən şəxslərin sayı 75 nəfər, tənbeh növü tətbiq edilənlərin sayı 30 nəfər olub", - deyə məlumatda qeyd olunub.

Aytən Zəhra
Azvision.az



Teqlər: Statistika   Narkotik  





Xəbər lenti