Binəqədidə yol təmirinə 8,7 milyon manat ayrıldı

  21 Dekabr 2019    Oxunub : 3185
 Binəqədidə yol təmirinə 8,7 milyon manat ayrıldı
Bakının Binəqədi rayonunda avtomobil yollarının təmirinə 8,7 milyon manat ayrılıb.

Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 21-də “Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, rayonun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,7 milyon manat ayrılıb.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Sərəncam