Oğurluğa gedən qadın və kişi iş başında tutuldu

Oğurluğa gedən qadın və kişi iş başında tutuldu
  21 Dekabr 2019    Oxunub:3024
Dekabrın 20-də saat 16 radələrində Səbail rayonunun R.Rza küçəsindəki mağazaların birində oğurluğa cəhd göstərən 2 nəfər həmin ərazidə xidmət aparan DİN BİTİ-nin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə təhvil verilən şəxslərin paytaxt sakinləri N.Həsənova və əvvəllər soyğunçuluğa görə məhkum olunan R.Seyidov olduqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla N.Həsənovanın Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da məlum olub.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti