Astarada narkotik alverçisi tutulub - FOTO

Astarada narkotik alverçisi tutulub -    FOTO
  21 Dekabr 2019    Oxunub:2469
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Astara şəhər sakini əvvəllər məhkum olunmuş Teymur Baxşiyev narkotik vasitə olan 150 qram heroini satarkən cinayət başında saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, onun üzərində keçirilən baxış zamanı 60 qram psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq T. Baxşiyevin yaşadığı evə keçirilən baxış zamanı oradan 380 qram narkotik vasitə olan heroin və 280 qram psixatrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.



Eyni zamanda T. Baxşiyevin borc pul müqabilində Astara rayon Ərçivan qəsəbə sakini İ. Qulamovun “Mercedes” markalı avtomobilini girov götürməsi müəyyən edilib və həmin avtomobil saxlanılan şəxsin yaşadığı evin həyətindən aşkarlanaraq götürülüb. Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti