Qobustanda ağır yol qəzası - Ölən var

Qobustanda ağır yol qəzası -    Ölən var
  21 Dekabr 2019    Oxunub:2082
Qobustan rayonu ərazisində “Mercedes” markalı yük avtomobili və “KamAz” markalı yük avtomobili toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​

Azvision.az



Teqlər: FHN   Qəza   Maşın   Meyit  





Xəbər lenti