Həbs olunan gömrük rəisi ilə bağlı rəsmi AÇIQLAMA

Həbs olunan gömrük rəisi ilə bağlı rəsmi AÇIQLAMA
  18 Dekabr 2013    Oxunub:1225
Sədərək Gömrük İdarəsi rəisinin Türkiyədə saxlanılması ilə bağlı rəsmi məlumat yayılıb.
AzVision.az-ın məlumatına görə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyindən Trend-ə daxil olan məlumatda bildirilir ki, Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidov məzuniyyətdə olduğu müddətdə ailəsinin müalicəsi ilə əlaqədar 2013-cü il dekabr ayının 9-da Türkiyənin İstanbul şəhərinə gedib:

"2013-cü il dekabr ayının 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars hava limanında polis tərəfindən saxlanılıb, Türkiyədə əməliyyatlarda həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün İqdır vilayət prokurorluğuna dəvət edilib".

Məlumatda qeyd olunur ki, Azərbaycan Türkiyədəkı səfirliyi və Qarsdakı Baş konsulluğu tərəfindən bu məsələnin tez bir zamanda həlli istiqamətində lazımi tədbirlər görülür.


Teqlər:  





Xəbər lenti