Şagirdlər Heydər Əliyev adına Hərbi Liseylə tanış olublar

Şagirdlər Heydər Əliyev adına Hərbi Liseylə tanış olublar
  20 Dekabr 2019    Oxunub:2422
Gələcəkdə zabit olmaq istəyən şagirdlər Heydər Əliyev adına Hərbi Liseylə tanış olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edən namizədlərin liseydə yaradılan şəraitlə tanışlığı Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə Əlahiddə Ümumqoşun Ordunun birgə tədbirlər planına əsasən həyata keçirilib. Razılaşdırılmış qrafikə uyğun olaraq, məktəblilər noyabrın 22-dən dekabrın 20-dək həftədə bir dəfə Heydər Əliyev adına Hərbi Liseydə olublar. Sonuncu tədbirdə isə Babək rayonunda fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri və hərbi rəhbərləri iştirak ediblər.

Şagirdlər kursantların məişət şəraiti, sağlamlığı və qidalanması ilə tanış olmaqla bərabər fiziki hazırlıq və tədris məşğələlərində də iştirak ediblər. Atəş hazırlığı sinfində şagirdlərə silahla davranış və atış qaydaları göstərilib.

Heydər Əliyev adına Hərbi Liseylə tanışlıq prosesində ümumilikdə 525 şagird və 54 hərbi rəhbər iştirak edib. Artıq ənənə halını alan bu tədbirlərin növbəti tədris ilində də davam etdirilməsi planlaşdırılır.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti