Gömrükdə saxlanılmış mallar nazirliyə verildi

Gömrükdə saxlanılmış mallar nazirliyə verildi
  20 Dekabr 2019    Oxunub:2552
Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi nümayəndələrindən ibarət birgə komissiya gömrük orqanları tərəfindən saxlanılmış mallara baxış keçirib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə tədbirləri çərçivəsində saxlanılmış ümumi çəkisi 3129 kiloqram yuyucu və təmizləyici vasitələr, 427 közərmə lampası, 57 litr zeytun yağı, 42 qaz pilətəsi və qaz sobası, 36 geyim əşyası, 6 xalça, 14 avtomobil şini, 22 kiloqram ehtiyat hissə, 5 alışqan qazı aktlaşdırılaraq Əlahiddə Ümumqoşun Orduya təhvil verilib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilən mallar 2077 kiloqram yuyucu və təmizləyici vasitələrdən, 881 şüşə qabdan, 650 kiloqram gipsdən, 108 kiloqram dəmir profil və plastik borudan, 60 kiloqram boyadan, 38 litr zeytun yağından, 20 kiloqram undan, 10 adda, ümumilikdə, 18 müxtəlif ev əşyasından, 5 alışqan qazı və 2 motosikletşinindən ibarət olub. 1 pnevmatik tapança və 98 tapança patronu, 1 TİR silahı və 794 TİR gülləsi patronu, 117 ov gülləsi patronu, 3 silah hissəsi, 26 elektroşok, 14 gözyaşardıcı qaz, 40 ov bıçağı və xəncər, 7 dəyənək, 3 dəmir qandal Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə, 13 min 918 müxtəlif dərman preparatları, 900 tibbi ləvazimat, 250 kiloqram vitaminli yem, 36 kiloqram baytarlıq dərmanı, 25 kiloqram arpa, 85 kiloqram PVC xammalı, 10 balıqçılıq ləvazimatı, 9 velosiped şini, 2 dron, 1 qaz sayğacı aidiyyəti üzrə müvafiq
qurumlara təhvil verilib.

Gömrük orqanları tərəfindən istehlakçıların hüquqlarının, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə saxlanılan və yararsız olan mallar isə yandırma üsulu ilə məhv edilib. 651 kiloqram xəmir və şirniyyat qatqısı, 8 adda ümumi çəkisi 136 kiloqram ərzaq məhsulu, 106 kiloqram ədviyyat, 24 kiloqram texniki duz, 14 kiloqram arıqlama kokteyli, 8 kiloqram protein keyfiyyəti standartlara cavab vermədiyindən, 154 qutu ətir və bəzək ləvazimatları, 321 kiloqram istifadə olunmuş geyim və 8 ev əşyası yararsız olduğundan gömrük orqanları tərəfindən saxlanılıb. Həmin məhsullar da daxil olmaqla, 14 boya, müxtəlif spirtli içki markalarına aid 192 etiket və 36 şüşə qab saxta olduğundan, 4945 pirotexniki vasitə idxalına xüsusi icazə olmadığından, 113 qaz pilətəsi standartlara uyğun gəlmədiyindən, 27 beşbarmaq dövriyyəsi qadağan edildiyindən məhvinə qərar verilib.

Milli mentalitetimizə zidd olan və dini dəyərlərimizlə uzlaşmayan vasitələr, o cümlədən gömrük qanunvericiliyinin tələbləri pozulmaqla gətirilən 6 adda 139 ədəd digər mallar da məhv edilib. Muxtar respublika gömrük orqanları tərəfindən gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı mübarizə bundan sonra da davam etdiriləcək, qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır.

Azvision.az


Teqlər: Naxçıvan   Gömrük  





Xəbər lenti