“Özəl ekspertizanın yaradılması inqilabi hadisədir” - Fuad Cavadov

 “Özəl ekspertizanın yaradılması inqilabi hadisədir” -    Fuad Cavadov
  20 Dekabr 2019    Oxunub:2859
Məhkəmə ekspertiza sahəsində dəyişiklik edilməsi inqilabi hadisədir.
Azvision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Fuad Cavadov deyib. Onun sözlərinə görə, əvvəllər ekspertiza aparılması müddəti göstərilmirdi, bu da əhali arasında narazılığa səbəb olurdu:

"Ekspertizanın icra müddəti ilə bağlı əvvəllər yubanmalar olurdu. Yeni dəyişikliyə görə, ekspertiza müddəti iş ekspertizaya təqdim olunan gündən hesablanır. Ekspert 5 gün müddətində nəticələr barədə məhkəməyə vəsatət qaldırmalıdır. Məhkəmə də 3 gün ərzində ekspertiza müəssisəsinə vəsatəti təmin edib-etməyəcəyi barədə məlumat verməlidir. Vəsatət təmin olunana qədər icra dayandırılır. Vəsatət təmin olunandan sonra icraya başlana bilər. Bu da məhkəmə ekspertiza sahəsində bir inqilabdır".

Azvision.az



Teqlər: Məhkəmə  





Xəbər lenti