Vəkillər Kollegiyasının nəzdində yeni qurum yaradılır

 Vəkillər Kollegiyasının nəzdində yeni qurum yaradılır
  20 Dekabr 2019    Oxunub:2351
"Vəkillər Kollegiyası olaraq cənab Prezidentin ölkənin hüquq sisteminin tərəqqisinə xidmət göstərən fərmanını alqışlayırıq. Vəkillik tarixində ilk dəfə olaraq dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsait birbaşa Kollegiyanın hesabına köçürüləcək".
Azvision.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, gələn həftə Kollegiyanın nəzdində yeni qurum yaradılacaq:

"Bizim Rəyasət Heyətinin keçmiş binasında yeni qurum yaradılacaq. Bu qurum sırf dövlət hesabına göstərilən hüquqi yardım məsələlərinə nəzarət edəcək. Burada əsas məqsəd odur ki, imkansız, aztəminatlı şəxslər keyfiyyətli hüquqi yardımla təmin olunsunlar. Çünki vətəndaş keyfiyyətli hüquqi yardım görməyəndə həm vəkilliyə, həm məhkəməyə inamı ölür. Əminəm ki, bu mərkəz sayəsində mövcud sahədəki problemlər aradan qaldırılacaq".

Azvision.az



Teqlər: VəkillərKollegiyası  





Xəbər lenti