Azərbaycan Avropa Şurasının Lanzarote Konvensiyasına qoşuldu - FOTO

 Azərbaycan Avropa Şurasının Lanzarote Konvensiyasına qoşuldu -  FOTO
  20 Dekabr 2019    Oxunub:3644
Azərbaycan Respublikası “Lanzarote Konvensiyası” kimi tanınan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulub.
Azvision.az xəbər verir ki, Strasburqda Avropa Şurasının mənzil-qərargahında təşkil edilən rəsmi mərasimdə bu Konvensiyanın Azərbaycan Respublikasının 1681-VQ nömrəli 22 oktyabr 2019-cu il tarixli Qanunu ilə təsdiq edilməsi haqqında ratifikasiya sənədinin əsli ölkəmizin qurum yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov tərəfindən təşkilatın baş katibinin müavini xanım Qabriella Battaini-Draqoniyə təqdim olunub.



Təqdimat mərasimində Avropada geniş yayılmış uşaqlara qarşı cinsi zorakılığın ən ağır cinayət növü olduğunu bildirən baş katibin müavini Q. Battaini-Draqoni Konvensiyanın Azərbaycan tərəfindən ratifikasiya edilməsini alqışlayıb.

Lanzarot Konvensiyasının müvafiq müddəalarına uyğun olaraq, Avropa Şurasının bu hüquqi sənədi 2020-ci il aprelin 1-dən etibarən qüvvəyə minəcək.

Azvision.az



Teqlər: Avropa-Şurası  





Xəbər lenti