Nazir Azərbaycan icmalarının təmsilçiləri ilə görüşdü

Nazir Azərbaycan icmalarının təmsilçiləri ilə görüşdü
  19 Dekabr 2019    Oxunub:3158
Mədəniyyət naziri Əbülfəs Qarayev dekabrın 19-da bir sıra ölkələrdəki Azərbaycan icmalarını təmsil edən nümayəndələrlə görüşüb.
Azvision.az xəbər verir ki, görüş Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə diaspor quruculuğu istiqamətində həyata keçirilən fəaliyyət çərçivəsində xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və onların ölkəmizin ümumi maraqlarının müdafiəsinə cəlb edilməsi məqsədilə həyata keçirilən “Liderliyin İnkişaf Proqramı” layihəsi çərçivəsində gerçəkləşib.

Proqram çərçivəsində Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstandakı Azərbaycan icmaları nümayəndələrinin ölkəmizə səfəri təşkil olunub.

Nazir Əbülfəs Qarayev “Liderliyin İnkişafı Proqramı” layihəsini yüksək qiymətləndirdiyini bildirərək nümayəndə heyətinə uğurlar arzulayıb. Bu istiqamətdə aparılan işlərə Mədəniyyət Nazirliyi tərəfindən dəstək göstəriləcəyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, informasiya texnologiyaları vasitəsilə Azərbaycan mədəniyyəti haqqında məlumatların daha geniş auditoriyaya çatdırılması istiqamətində diasporla birgə iş aparılmalıdır.

Ölkəmizdə yeni inkişaf mərhələsində olan kreativ mədəniyyət sənayesi sahəsində Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstanın böyük potensialının olduğunu vurğulayan nazir bu istiqamətdə görülən işlərdə birgə əməkdaşlığın önəmindən bəhs edib.

Nümayəndə heyəti səmimi qəbula görə Əbülfəs Qarayevə təşəkkürünü bildirib. Görüş təklif olunan layihələr üzrə fikir mübadiləsi ilə davam edib.

Azvision.az



Teqlər: ƏbülfəsQarayev  





Xəbər lenti