Azərbaycanda kişilərin 50 faizi siqaret çəkir

  19 Dekabr 2019    Oxunub : 1715
Azərbaycanda kişilərin 50 faizi siqaret çəkir
"Azərbaycanda 2017-ci il STEPS nəticələrinə baxdıqda görmək olar ki, kişilər arasında siqaret çəkmə göstəricisi yüksəkdir".
Azvision.az xəbər verir ki, bunu Ümümdünya Səhiyyə Təşkilatının Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisində Qeyri -infeksion xəstəliklərə nəzarət üzrə Proqram meneceri, tibb üzrə fəlsəfə doktoru Ivo Rakovac deyib.

Onun sözlərinə görə, siqaret çəkən kişilərin sayı təqribən 50 faizdir: "Bu göstərici 2011-ci ilin sorğusunun nəticələri ilə müqayisədə çox dəyişməyib. Bu, bizi çox narahat edir. Son 6 il ərzində Azərbaycanda siqaret çəkmə ilə bağlı sayda böyük dəyişiklik olmayıb. Amma bir çox Avropa ölkələrində siqaret çəkənlərin sayında azalma müşahidə olunur. Növbəti 15 il ərzində siqaret çəkməni 30 faiz azaltmaq lazımdır. Amma Azərbaycanda 5 ili əbəs yerə itirmişik. Biz bunu bərpa etməliyik".

ÜST rəsmisi qeyd edib ki, Azərbaycanda alkaqol istehlakı böyük problem hesab olunmur. O əlavə edib ki, 2017-ci ildə alkaqol istehlakı göstəricisi 2011-ci illə müqayisədə hətta bir qədər azalıb.

I.Rakovac Azərbaycanda meyvə-tərvəz istehlakının da çox aşağı olduğunu bildirib: "Sorğunun nəticələrinə görə, əhalinin təxminən 90 faizi gün ərzində tövsiyə olunan miqdarda meyvə-tərvəz yemir. Bu da xüsusi narahatlıq yaradır. Nəzərə almalıyıq ki, meyvə -tərvəz bizim sağlamlığımız üçün çox vacibdir. Eyni zamanda meyvə-tərvəz Azərbaycanda çox geniş yayılıb".

Aytən Zəhra
Azvision.az

Teqlər: Siqaret   Alkaqol