“Meyvə-tərəvəz insanları xərçəngdən qoruyur”

“Meyvə-tərəvəz insanları xərçəngdən qoruyur”
  19 Dekabr 2019    Oxunub:4481
"Azərbaycan qeyri-infeksion xəstəliklərə səbəb olan problemləri araşdırır, bu da sevindiricidir. Buna görə Azərbaycan Avropa regionunda müstəsna ölkələrdən biridir".
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Qeyri-infeksiyon xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisinin rəhbəri Joao Breda deyib.

Onun sözlərinə görə, ÜST Azərbaycanla hər zaman işləməyə hazırdır. "Bu gün Azərbaycanda xüsusilə kişilər arasında qeyri-infeksion xəstəliklərin yaranmasına səbəb olan risk faktorları ilə bağlı problemlər var və bunu həll etmək lazımdır. Bunu etmək çətindir, amma birgə işləməyə hazırıq".

J.Breda qeyd edib ki, 2025-ilə qədər ölüm səviyyəsinin 35 faizə qədər azalması nəzərdə tutulur: "Fiziki hərəkətsizliyi azaltmalıyıq. Tövsiyə olunan normaya görə gün ərzində 5 qram duz qəbul edilməlidir. Hesablamalarımıza əsasən, Azərbaycanda gündəlik duz istehlakı 10 qramdan yüksəkdir. Ölkəniz dünyada meyvə-tərəvəzlə zəngin olan əsas ölkələrdən biridir. Amma siz onları yemirsiniz. İnsanlarınızın qida qəbulu (meyvə -tərəvəz) səviyyəsi çox aşağıdır. Bu sizi narahat etməlidir. Çünki meyvə-tərəvəz insanları xərçəngdən və piylənmədən, ürək- damar xəstəliklərindən qoruyur. Hazırda qlobal miqyasda kənd yerlərində uşaqların piylənməsi daha çoxdur''.

Aytən Zəhra
Azvision.az


Teqlər: ÜST  





Xəbər lenti