Sumqayıt yolunda qəza: Xəsarət alanlar var

   Sumqayıt yolunda qəza:   Xəsarət alanlar var
  19 Dekabr 2019    Oxunub:2625
Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə barədə məlumat Təcili Tibbi Yardıma saat 13:47-də daxil olub. Bildirilib ki, hadisə yerinə Təcili Yardım briqadaları yollanıb, qəza nəticəsində xəsarət alan 3 qadın 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib və hazırda müalicələri davam edir.

“Onların vəziyyətləri orta ağır kimi qiymətləndirilir. Hadisə şahidləri həkimlərə qəza zamanı xəsarət alan digər şəxslərin də olduğunu bildiriblər. Həmin adamlar yoldan keçən avtomobillərə əyləşərək tibb müəssisələrinə müraciət ediblər. Bu səbəbdən də yaralıların sayı hələlik dəqiq bilinmir. Tibb müəssisələrindən məlumat daxil olduqca xəbər veriləcək”.

Azvision.az




Teqlər: Səhiyyə  





Xəbər lenti