Putin Ukraynaya görə ABŞ və Qərbi sərt tənqid edib

 Putin Ukraynaya görə ABŞ və Qərbi sərt tənqid edib
  19 Dekabr 2019    Oxunub:4715
“ABŞ Ukraynaya kömək etmək istəyirsə, qoy pul versin”.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada Beynəlxalq Ticarət Mərkəzində keçirdiyi ənənəvi böyük mətbuat konfransında deyib.

Putin ABŞ və Qərbin Ukraynaya münasibətini kəskin tənqid edib: “Niyə kömək etmirlər?. Ancaq kreditin verilməsi ilə bağlı təminat verirlər. Axı bu canlı pul deyil. Real olaraq Ukraynaya dəstək yoxdur. Ukraynanın hazırki hökumətini dəstəklədiklərini deyirlər, amma fikirmcə, hansısa zərbə endirirlər. Özü də ciddi zərbələr.



İndidə kənd təsərrüfatına yararlı torpaqların xarici vətəndaşlara satılması ilə bağlı qanun layihəsini müzakirəyə çıxarmaq istəyirlər. Torpaq Ukrayna vətəndaşları üçün müqəddəsdir. Mən onları başa düşürəm. Çünki, o torpaqlar qızıldır. Müxalifət də bundan istifadə edib, ökədaxili gərginlik yaradaraq Vladimir Zelenskiyə zərbələr endirir.



Bizi günahkar hesab edirlər. Ukraynanın büdcəsini Rusiya hesabına doldurmaq istəyirlər. Münasib şərtlərlə uzunmüddətli kredit verin. Amma heçnə yoxdur”.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Putin   ABŞ   Rusiya  





Xəbər lenti