Leninin cəsədi mavzoleydən çıxarılmayacaq

Leninin cəsədi mavzoleydən çıxarılmayacaq
  19 Dekabr 2019    Oxunub:2682
Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Vladimir Leninin cəsədi mavzoleydən çıxarılmamalıdır.
Azvision.az xəbər verir ki, Putin bu barədə Moskvada keçirdiyi illik mətbuat konfransında deyib.

"Fikrimcə, ona toxunulmamalıdır. İstənilən halda, bizdə öz həyatlarını, öz talelərini sovet illərinin nailiyyətləri ilə əlaqələndirən çox sayda insan var" - deyə Rusiya lideri bildirib.

Leninin cəsədinin dəfn olunması mövzusuna toxunan Putinin sözlərinə görə, ona toxunmamaq daha yaxşıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Lenin  





Xəbər lenti