Putindən Trampın impiçmentinə münasibət

 Putindən Trampın impiçmentinə münasibət
  19 Dekabr 2019    Oxunub:3246
Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında amerikalı həmkarı Donald Trampın impiçmenti məsələsinə münasibət bildirib.
Azvision.az xəbər verir ki, Putin Trampın prezidentliyinin başa çatacağına inanmadığını deyib. Onun sözlərinə görə, bu, daxili siyasi mübarizənin davamıdır.

ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına da toxunan Putin Moskvanın buna əks cavab verəcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın iki maddə üzrə impiçment edilməsinə səs verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin  





Xəbər lenti