Rusiyanın erməni məşhurları Koçaryana dəstək verdilər

Rusiyanın erməni məşhurları Koçaryana dəstək verdilər
  19 Dekabr 2019    Oxunub:3179
Rusiyanın bir sıra tanınmış jurnalistləri, eləcə də erməni əsilli mədəniyyət və incəsənət xadimləri Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbsdən azad edilməsi ilə bağlı İrəvana müraciət ünvanlayıblar.
Azvision.az xəbər verir ki, müraciət müəllifləri işə hüquqi qiymət vermədiklərini, hakim və ya arbitr rolunda çıxış etmədiklərini vurğulayıblar.

“Biz məhkəmə prosesində tərəf deyilik. Hər birimiz öz sahəmizdə işimizi görürük. Ancaq biz erməniyik, erməni köklərimiz var və Ermənistandakı mənəvi, psixoloji ab-havadan, qəzəb və düşmənçilikdən, dağıdıcı atmosferdən narahatıq. Ermənistanın ikinci prezidentini konstitusiya quruluşunu devrirmək ittihamı ilə məhkəmə prosesi boyunca həbsxanada saxlamaq kimi qeyri-insani yanaşmanı anlamırıq. Bizi inandıra bilmədilər ki, Koçaryan azadlığa çıxarsa, günahı sübuta yetirilərsə, məhkəmədən qaça bilər”, - deyə müraciətdə bildirilib.

Onlar Robert Koçaryanı dövlət xadimi olaraq qiymətləndirdiklərini bəyan ediblər: “Bir çoxumuz onu şəxsən tanıyırıq. Baş verənlərə laqeyd baxa bilmirik. Hesab edirik ki, prezidentin hazırkı statusu Ermənistanın müsbət imicinə, ölkədə ictimai atmosferin yaxşılaşmasına öz töhfəsini vermir. Biz gələcək naminə həmrəyliyin bərqərar olması istiqamətində addım atmağı təklif edirik. Sizdən xahiş edirik ki, Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryana qarşı qətimkan tədbiri dəyişdirilsin”.

Xatırladaq ki, müraciəti Rusiya Film və Televiziya İstehsalçıları Birliyinin İdarə Heyətinin sədri Aleksandr Akopov, NTV-nin aparıcısı, Moskva Şəhər Dumasının deputatı Roman Babayan, məşhur aparıcı Tina Kandelaki, "Russia Today"in baş redaktoru Marqarita Simonyan, "Mosfilm" konserninin idarə heyətinin sədri Karen Şahnazarov, aktrisa, televiziya aparıcısı, yazıçı Sati Spivakova, musiqiçi, bəstəkar və rejissor Stas Namin, Rusiyanın Xalq artisti Dmitri Xaratyan və başqaları imzalayıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koçaryan   Ermənistan  





Xəbər lenti