Bakıdakı qatı dumanın səbəbi açıqlandı

  Bakıdakı qatı dumanın səbəbi açıqlandı
  19 Dekabr 2019    Oxunub:2858
Bir neçə gündür ki, ölkəmizdə dekabr ayı üçün anomal hava şəraiti müşahidə edilir və temperatur rejimi çoxillik normadan 4-5 dərəcə yüksəkdir.

Azvision.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, hazırda müşahidə olunan duman gözlənilən sinoptik hadisədir, meteoroloji dumandır: "Bu duman havanın rütubətliyinin artması və temperatur inversiyası, yəni yer səthindən yuxarı qalxdıqca temperaturun azalması yerinə artması şəraitində yaranan meteoroloji hadisədir. Belə duman Abşeron yarımadasında əvvəlcə dəniz üzərində yaranır və dənizdən olan zəif kükəklərlə quruya doğru yayılır. Adətən günorta saatlarında seyrəlir, lakin qışda nisbətən uzun müddət qala bilir. Hazırda müşahidə edilən zəif cənub-şərq küləyinin sabah şimal küləyi ilə əvəz olunacaq və nəticədə duman ehtimalı azalır”.

U.Tağıyeva qeyd edib ki, əhali narahat olmasın, müşahidə olunan duman smoq deyil.

Aytən Zəhra
Azvision.az


Teqlər: Hava   Duman  





Xəbər lenti