Hava şəraitinə görə yollarda sürət həddi endirildi - FOTO

Hava şəraitinə görə yollarda sürət həddi endirildi -  FOTO
  19 Dekabr 2019    Oxunub:3905
Hazırda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti - Hava limanı-Bilgəh və Zığ dairəsi - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Bildirilib ki, məqsəd hərəkətin təhlükəziliyini təmin etməkdir.

"Hərəkət iştirakçılarından bu cür hava şəraitində ehtiyyatlı olmalarını xahiş edirik. Sürücülər mütləq şəkildə ara məsafəsini gözləməlidirlər", - deyə BNA-nın məlumatında qeyd edilib.





Azvision.az



Teqlər: BNA   Yol  





Xəbər lenti