Saatlıda çoban güllələnərək qətlə yetirilib

 Saatlıda çoban güllələnərək qətlə yetirilib
  19 Dekabr 2019    Oxunub:2778
Saatlı rayonunda qətl hadisəsi baş verib.
Azvision.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dədə Qorqud kəndindəki fermaların birində qeydə alınıb.

Rayonun Şirinbəy kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Sakit Əjdər oğlu qarın boşluğundan güllələnib. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Qətlin təfərrüatı hələlik məlum deyil. İlkin məlumata görə, S.Əliyev fermada çoban işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Saatlı   Qətl   Çoban  





Xəbər lenti