Daha dörd şəhid ailəsi yeni mənzillə təmin olunub
Üçotaqlı mənzillə təmin edilən şəhid Rəmzi Məhərrəmovun anası dövlətin diqqəti və qayğısını qəhrəmanların ruhuna göstərilən ehtiramın nümunəsi olduğunu vurğulayıb.
Qarabağ müharibəsində həlak olan şəhid Elşad Qədirovun ailəsinə də tam təmirli üçotaqlı mənzil verilib. 1993-1994-cü illərdə Qarabağ müharibəsində şəhid olan Anar Rasim oğlu Əliyevin və Vaqif Məmməd oğlu Məmmədovun ailələri də dövlətimizin başçısının tapşırığının icrası çərçivəsində mənzillə təmin edilib.
Xatırladaq ki, bir müddət əvvəl Lənkəranda daha iki şəhid ailəsi üçün fərdi yaşayış evi inşa olunub. (AzərTAc)
Azvision.az
Teqlər: Lənkəran Mənzil Şəhid Ailə