İki “ASAN xidmət” mərkəzində Texniki Şura fəaliyyətə başlayıb

İki “ASAN xidmət” mərkəzində Texniki Şura fəaliyyətə başlayıb
  18 Dekabr 2019    Oxunub:2284
Ölkə prezidentinin 4 aprel 2017-ci il tarixli fərmanına uyğun olaraq, Qəbələ və Şəki rayonlarında yerləşən “ASAN xidmət” mərkəzlərində Texniki Şura fəaliyyətə başlayıb.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Texniki Şuraların əsas fəaliyyəti bölgələrdə kiçik və orta sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması proseslərinin daha da sadələşdirilməsindən ibarətdir.

Bu il Bakı və regionlarındakı 12 “ASAN Kommunal” və "ASAN xidmət" mərkəzlərində yaradılmış Texniki Şuraların fəaliyyəti tam şəkildə təmin olunub. Bunlar 1 saylı “ASAN Kommunal”, 2 saylı “ASAN Kommunal”, Sumqayıt "ASAN xidmət", Gəncə "ASAN xidmət", Sabirabad "ASAN xidmət", İmişli "ASAN xidmət", Masallı "ASAN xidmət", Quba "ASAN xidmət", Bərdə "ASAN xidmət", Mingəçevir "ASAN xidmət", Qəbələ "ASAN xidmət" və Şəki "ASAN xidmət" mərkəzlərində yaradılan Texniki Şuralardır.

Bu tədbirlər nazir Pərviz Şahbazovun 22 iyul 2019 tarixli əmri ilə təsdiq olunub, ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

Azvision.az


Teqlər: Energetika   ASANxidmət  





Xəbər lenti