Moldova səfirinin diplomatik fəaliyyəti başa çatıb

Moldova səfirinin diplomatik fəaliyyəti başa çatıb
  18 Dekabr 2019    Oxunub:1998
Nazir Elmar Məmmədyarov Moldovanın Azərbaycandakı səfiri George Leukanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

İki ölkənin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrin gələn ilin əvvəlində Moldovada keçiriləcəyi qeyd olunub.

Nazir GUAM çərçivəsində ölkələr arasında səmərəli əməkdaşlığı vurğuladı və təşkilatın iqtisadi ölçüsünün möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib.

Tərəflər ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd edib və iqtisadi və enerji sahələrində əməkdaşlığını daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi. Bu xüsusda, Səfir Azərbaycan və Moldovada keçirilən sərgilər, konsertlər, hər iki ölkənin milli bayramları ilə həyata keçirilən tədbirlər, həmçinin azərbaycanlı və moldovalı müəlliflərin kitablarının hər iki dilə tərcümə olunmasının əhəmiyyətini qeyd edib.

Görüşdə, həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov səfir G.Leukanı ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Azvision.az


Teqlər: XİN   Səfir   Moldova  





Xəbər lenti