Rusiya və Ukrayna arasında yenidən danışıqlar başlayır

Rusiya və Ukrayna arasında yenidən danışıqlar başlayır
  18 Dekabr 2019    Oxunub:2307
Rusiya, Ukrayna və Avropa Komissiyası arasında Rusiya qazının tranziti ilə bağlı nazirlərin növbəti üçtərəfli görüşü dekabrın 19-da keçiriləcək.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, görüş Berlində baş tutacaq. Tərəflər müqavilənin müddəti, tədarük həcmi, tariflər, habelə arbitraj məsələlərinin həlli mövzularına toxunacaqlar.

"Dekabrın 19-da Berlində 2019-cu ildən sonra Ukrayna üzərindən uzunmüddətli qaz nəqlinə dair siyasi səviyyədə üçtərəfli məsləhətləşmələrin növbəti mərhələsi keçiriləcək. Danışıqlar gələcək tranzit müqaviləsinin müddəti, həcmi və tariflərini, arbitraj məsələlərini əhatə edəcək”, -deyə məlumatda bildirilib.

Tranzit məsələsi üzrə nazirlərin əvvəlki üçtərəfli görüşləri 17 iyul 2018-ci ildə, daha sonra 2019-cu ilin yanvar, sentyabr və oktyabr aylarında baş tutub.

Avropa Komissiyasını görüşdə qurumun vitse-prezidenti Maroş Şefçoviç təmsil edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti