FHN oteldə təlim keçirəcək

FHN oteldə təlim keçirəcək
  18 Dekabr 2019    Oxunub:1893
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik xilasetmə idarəsi ilə birgə paytaxtdakı “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelində 18 dekabr 2019-cu il tarixində saat 15:00-da yanğın-taktiki təlim keçirəcək.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, təlimə ümumilikdə Fövqəladə Hallar Nazirliyinin 3 ədəd xüsusi texnikası və 24 nəfər canlı qüvvəsinin cəlb olunması nəzərdə tutulur.

Azvision.az


Teqlər: FHN   Otel   Təlim  





Xəbər lenti