Bu il 2500-dən çox miqrantın Azərbaycanda yaşaması leqallaşdırılıb
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev deyib.
P.Musayev qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında readmissiya haqqında sazişlər imzalanıb və bu gün də uğurla həyata keçirilir: "Geri qaytarılmış Azərbaycan vətəndaşlarının cəmiyyətə reinteqrasiya olunması ilə bağlı Nazirlər Kabinetinin tapşırığı əsasında işçi qrup yaradılıb və bu istiqamətdə uğurlu tədbirlər həyata keçirilir. Hətta miqrasiya siyasətinin inkişafı üzrə beynəlxalq mərkəz bu məsələyə cəlb olunub, konkret layihə həyata keçirilir və bu layihə çərçivəsində insanlara yardım göstərilir".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Miqrasiya-Xidməti