Keçmiş məhkumdan marixuana götürülüb

Keçmiş məhkumdan marixuana götürülüb
  18 Dekabr 2019    Oxunub:2414
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Alaçadırlı kənd sakini, əvvəllər məhkum olunmuş S.Aslanovun idarə etdiyi “Lada Priora” markalı avtomobildən 821 qramdan çox marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti