Əbülfəs Qarayev: “Sirkin bağlanmasını istəmirəm”

  Əbülfəs Qarayev:  “Sirkin bağlanmasını istəmirəm”
  18 Dekabr 2019    Oxunub:6153
Fövqəladə Hallar Nazirliyi Bakı Dövlət Sirki ilə bağlı iradlar irəli sürüb ki, bunlar da haqlı iradlardır.

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Nazir Bakı Dövlət Sirkinin bağlanmasını istəmədiyini bildirib:
"Çünki şəhərdə mütləq belə bir məkan olmalıdır. Sirk 40 ilə yaxındır ki, əsaslı təmir olunmadan fəaliyyət göstərir. Hesab edirəm ki, müvəqqəti olsa da, təhlükəsizliklə bağlı olan ölçüləri götürməliyik. Artıq bunların yarısını etmişik. Ümidvaram ki, bu mövsümdə sirk öz işini davam etdirə bilər. Amma bu məsələyə gələcəkdə mütləq baxılmalıdır".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Sirk   ƏbülfəsQarayev  





Xəbər lenti