Ermənistanda kəskin bahalaşma gözlənilir
“Yanvarın 1-dən etibarən 700-ə yaxın malın qiymətində artım gözlənilir. Mütəxəssislər hesab edirlər ki, qiymət artımı ümumiyyətlə insanların ümumi həyat səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Kənd təsərrüfatı məhsullarında da qiymət artımı qaçılmazdır. Xüsusilə, yanvarın 1-dən taxıl, toxum, o cümlədən heyvan yemlərinin gömrük rüsumları artacaq. İdxalçılar sərhəddə bu mallar üçün 3-4% çox, gübrələr üçün isə 2.5-4% daha çox ödəyəcəklər”, məlumatda vurğulanıb.
Qeyd edilib ki, digər tərəfdən, 15 yanvar 2020-ci il tarixindən etibarən, heyvan kəsiminin xüsusi kəsim məntəqələrində aparılmasına dair qanunvericilik norması da qüvvəyə minir.
"Mal-qara və ət satışı ilə məşğul olanlar bütün bunların ətin qiymətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacağından narahatdırlar. Ümumiyyətlə, bəzi erməni iqtisadçıların hesablamalarına görə, yaxın aylarda ölkədə həyat 5-7 faiz bahalaşacaq. Ancaq bu da başlanğıc üçün verilən proqnozdur, yeni ildə bahalaşma faizinin getdikcə artacağı da istisna edilmir".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Ərzaq