Ələt yolunda ağır qəza: 2 ölü, 5 yaralı

   Ələt yolunda ağır qəza:    2 ölü, 5 yaralı
  18 Dekabr 2019    Oxunub:2872
Bakıda iki nəfərin ölümü ilə nəticələnən növbəti yol qəzası baş verib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə Ələt yolunda qeydə alınıb. Belə ki, yol-nəqliyyat hadisəsi barədə məlumat Təcili Tibbi Yardıma saat 10:15-də daxil olub.

Qəza nəticəsində bir nəfər hadisə yerində, digər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar.

Bildirilib ki, yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiyaya yerləşdirilib. Digər yaralılara lazımi tibbi yardım göstərilir. Hazırda vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Azvision.az


Teqlər: Qəza  





Xəbər lenti