ABŞ “Şimal axını 2”ni dayandıra bilmədi - Ağ Evdən etiraf

 ABŞ “Şimal axını 2”ni dayandıra bilmədi -  Ağ Evdən etiraf
  18 Dekabr 2019    Oxunub:2129
ABŞ-ın "Şimal axını 2" qaz boru kəmərinə qarşı tətbiq etdiyi sanksiyalar onun tikintisini dayandıra bilməyəcək.
Azvision.az "Bloomberg"-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdəki yüksək vəzifəli məmur bildirib. Adı açıqlanmayan şəxsin sözlərinə görə, layihə demək olar ki, tamamlanıb və ABŞ-ın müdafiə büdcəsinə daxil edilən boru kəmərinə qarşı sanksiyalar ona ciddi ziyan vura bilməyəcək. İndi ABŞ diqqətini Rusiyanın digər enerji layihələrinə yönəltməyə çalışacaq.

Daha əvvəl, ABŞ Senatı "Şimal axını 2" qaz boru kəmərinə qarşı sanksiyaları özündə ehtiva edən müdafiə büdcəsinə səs verib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Rüsiya  





Xəbər lenti