“Mehriban Əliyeva rus dilinin inkişafına böyük əhəmiyyət verir” - Mixail Qusman

   “Mehriban Əliyeva rus dilinin inkişafına böyük əhəmiyyət verir” -    Mixail Qusman
  18 Dekabr 2019    Oxunub:2450
“Heydər Əliyev millətlərarası ünsiyyət dili kimi rus dilinin rolunu və əhəmiyyətini yüksək qiymətləndirir və çox mühüm hesab edirdi. O, sovet respublikasına rəhbərlik etdiyi illərdə, daha sonra Azərbaycan Prezidenti vəzifəsində rus dilinin Azərbaycanda özünü ünsiyyət dili kimi hiss etməsi üçün çox işlər görüb”.
Azvision.az xəbər verir ki, bu sözləri TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib.

Azərbaycanda heç bir rus məktəbinin bağlanmadığını, Rus Dram Teatrının fəaliyyət göstərdiyini, ali məktəblərdə rus dilinin tədris olunduğunu vurğulayan Mixail Qusman deyib: “Bu, hazırda Prezident İlham Əliyev tərəfindən xüsusi əzmlə və məqsədyönlü şəkildə yürüdülən dövlət siyasətinin nəticəsidir. Rus dilinin humanitar ünsiyyət dili kimi inkişafında Heydər Əliyev Fondu da böyük rol oynayır. Azərbaycanın Birinci vitse–prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva buna nəinki böyük əhəmiyyət verir, o, həm də rus dilinin inkişafına şərait yaradan tam bir sıra tədbirlər həyata keçirir. Təsadüfi deyil ki, Mehriban Əliyeva məhz burada, Rusiyaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin inkişafına, o cümlədən rus dilinin Azərbaycanda dəstəklənməsinə görə Rusiyanın yüksək “Dostluq” ordeninə layiq görülüb”.

Azvision.az



Teqlər: MixailQusman  





Xəbər lenti