Müasir cəmiyyətdə gənclər və mənəviyyat müzakirə olunub

Müasir cəmiyyətdə gənclər və mənəviyyat müzakirə olunub
  17 Dekabr 2019    Oxunub:1830
Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, ASAN radionun rəhbəri Emin Musəvi, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qonaqları salamlayaraq keçirilən tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Mövzunun əhəmiyyətinə toxunan başçı bildirib ki, bu gün gənclərlə milli və mənəvi dəyərlərin təbliği sahəsində maarifçilik işinin aparılması, onların ziyalılarımızla görüşlərinin təşkil edilməsi təqdirəlayiqdir.
Fondun icraçı direktoru Mehman İsmayılov gənclərin mənəviyyatının zənginləşməsində, onlarda vətənpərvərlik hissinin formalaşdırılmasında təhsilin rolundan danışıb.

ASAN radionun rəhbəri Emin Musəvi bildirib ki, dəyərlərimizin qorunmasında, yaşadılmasında və təbliğində kütləvi informasiya vasitələrinin, xüsusilə medianın rolu danılmazdır.

Sonda tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.


Azvision.az


Teqlər: Mənəvi-Dəyərlər  





Xəbər lenti