MSK: Çip oxuyan qurğular sınaqdan keçirilib

 MSK:  Çip oxuyan qurğular sınaqdan keçirilib
  17 Dekabr 2019    Oxunub:2785
Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı dairə seçki komissiyalarına çip oxuyan qurğuların paylanılması qarşıdan gələn 3 gün ərzində başa çatdırılacaq.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, proqram təminatı ilə birgə çip oxuyan qurğular tam olaraq bütün dairə seçki komissiyalarına paylanılacaq: “Bundan sonra dairə seçki komissiyaları bu qurğuları seçki məntəqələrinə paylayacaq. Artıq qurğularla bağı bütün sınaqlar həyata keçirilib. Bələdiyyə seçkilərinə qədər bütün seçki məntəqələri çip oxuyan qurğularla təmin olunacaq”, - deyə R.Qasımov əlavə edib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Bələdiyyə  





Xəbər lenti