Zelenski Fəxri və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

Zelenski Fəxri və Şəhidlər xiyabanını ziyarət edib -  FOTOLAR
  17 Dekabr 2019    Oxunub:6124
Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Azvision.az xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.



Bundan başqa, Ukrayna Prezidenti Vladimir Zelenski Şəhidlər xiyabanını da ziyarət edib. Burada Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Vladimir Zelenski Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.



Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.




Azvision.az



Teqlər: Vladimir-Zelenski   Heydər-Əliyev  





Xəbər lenti