Koçaryan xəstəxanadan çıxdı, yenidən qayıdacaq

Koçaryan xəstəxanadan çıxdı, yenidən qayıdacaq
  17 Dekabr 2019    Oxunub:1833
Ermənistanın sabiq prezidenti Robert Koçaryan xəstəxanadan çıxarılıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə “İzmirlyan” tibb mərkəzinin rəhbəri Armen Çarçyan deyib.

"Koçaryan özünü yaxşı hiss edir, reabilitasiya dövrünü keçib”, - deyə Çarçyan bildirib. Onun sözlərinə görə, bir ay yarımdan sonra keçmiş prezident növbəti müayinədən keçməlidir.

Daha əvvəl mətbuatda Koçaryanın yenidən əməliyyat olunduğu barədə xəbərlər yayılmışdı. Tibb mərkəzinin direktoru xəstəliklə bağlı məsələnin şəxsi məlumat olduğunu və Koçaryanın açıqlamaq istəmədiyini söyləyib. Ədliyyə Nazirliyindən isə eks-prezidentin cəzaçəkmə müəssisəsinə qayıtdığını bildiriblər.

Xatırladaq ki, Koçaryan xərçəng xəstəliyindən əziyyət çəkir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koçaryan   Həbsxana   Ermənistan  





Xəbər lenti