Azərbaycan beynəlxalq turizm təşkilatına üzv qəbul edildi
Azvision.az xəbər verir ki, beynəlxalq turizm təşkilatı olan PATA Asiya və Sakit Okean regionu üzrə qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlıq imkanları yaradaraq üzv dövlətlərin turizminin inkişafına dəstək vermək məqsədini daşıyır.
Bu barədə münasibət bildirən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bunları deyib: “Azərbaycana gələn turistlərin sayında nəzərəçarpan artım müşahidə etdiyimiz Asiya-Sakit okean bölgəsi bizim üçün əsas bazarlardan biridir. Əlbəttə ki, bölgənin turizm sektorundakı dövlət və özəl qurumlarla əməkdaşlıq edərək, eləcə də turizm sənayesi nümayəndələri üçün təlimlər keçməklə və Azərbaycan ilə Asiya-Sakit okean regionu arasında turizm sahəsində əlaqələrin gücləndirilməsinə yönəlmiş digər potensialın yaradılması ilə məşğul olmaqla, bu artıma dəstək və töhfə vermək istəyirik”.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Azərbaycanın turizm potensialının Asiya regionunda təbliğ edilməsi və turistlərin cəlb edilməsi istiqamətində genişmiqyaslı təbliğat işləri aparılır.
Azvision.az