Sosial işçi mexanizmi təkmilləşdirilir - Nazir açıqladı

 Sosial işçi mexanizmi təkmilləşdirilir -  Nazir açıqladı
  17 Dekabr 2019    Oxunub:2559
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tənha, kimsəsiz, əlil, ehtiyacı olan və özünə qulluq edə bilməyən insanlara sosial işçilər evlərinə gedərək xidmət göstərir. Bu mexanizm daha da təkmilləşdiriləcək".
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, il ərzində təxminən 10 min insana bu mexanizm vasitəsilə nazirliyin 1000-ə yaxın sosial xidmətçisi tərəfindən evlərdə xidmət göstərilir: "Hazırda bu istiqamətdə yeni model üzərində işləyirik. Bu model daha da təkmilləşdiriləcək. Beynəlxalq təcrübəyə uyğun şəkildə ahıl, tənha şəxslərə evdə xidmət göstərilməsi prosedurların mexanizmləri və əhatə dairəsi daha da genişləndiriləcək".

S. Babayev qeyd edib ki, bu gün nazirliyin tərkibində 15 növ sosial xidmət var: "Pensiya yaşına çatan şəxslər üçün 10-dək ahıllar mərkəzinin yaradılması nəzərdə tutulur. Bu mərkəzlərinin fəaliyyəti ölkə üzrə sosial xidmət şəbəkəsinin yaradılmasına böyük dəstəkdir. Bu şəbəkə bütün rayonları əhatə etməlidir".

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti