Almaniya deputatı: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir”

      Almaniya deputatı:    “Dağlıq Qarabağ Azərbaycan ərazisidir”
  17 Dekabr 2019    Oxunub:3736
“Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir”
Azvision.az xəbər verir ki, bunu Almaniyanın iqtidarda olan XDİ/XSİ partiyasının deputatı Nikolas Lobel “Alumniportal-Aserbaidschan” nəşrinə müsahibəsində deyib.

Dağlıq Qarabağın Azərbaycana məxsus olduğuna əminliyini ifadə edən almaniyalı deputat Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın guya Ermənistan ərazisi olması barədə bəyanatını pisləyib:

“Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Həmin bəyanat yanlışdır və BMT-nin qətnamələri də bunu təsdiq edir”.

Azvision.az



Teqlər: Almaniya   Qarabağ   Deputat  





Xəbər lenti