Bu il istefa verən dövlət və hökumət başçıları - SİYAHI (FOTOLAR)

Bu il istefa verən dövlət və hökumət başçıları -  SİYAHI (FOTOLAR)
  17 Dekabr 2019    Oxunub:8805
Başa vurmaqda olduğumuz 2019-cu il bir sıra ölkələrin dövlət və hökumət başçılarının istefaları ilə də yadda qalıb.

Azvision.az 2019-cu ildə istefa verən dövlət və hökumət rəhbərlərinin siyahısını təqdim edir:


İlin ilk belə hadisəsi yanvarın 6-da baş verib. Belə ki, Malayziya kralı V Məhəmməd taxtdan getdiyini açıqlayıb.



Martın 8-də Finlandiyanın Baş Naziri Yuha Sipila istefaya gedib.



Martın 19-da Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev vəzifəsindən getdiyini elan edib.



Aprelin 2-də Əlcəzairin Prezidenti Əbdüləziz Buteflika istefa verib.



İtaliyanın Baş Naziri Cüzeppe Konte avqustun 20-də istefa qərarını açıqlayıb.



Sentyabrın 2-də Gürcüstanın Baş Naziri Mamuka Baxtadze vəzifəsindən istefa verib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: İstefa  





Xəbər lenti