AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb
  17 Dekabr 2019    Oxunub:2001
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 27-31 yanvar tarixlərində Strasburqda keçiriləcək qış sessiyasının ilkin gündəliyi açıqlanıb.

Azvision.az xəbər verir ki, sessiyanın ilk günündə Assambleyanın prezidenti və vitse-prezidentləri seçiləcək, həmçinin komitələrin üzvləri təyin ediləcək.
AŞPA Bürosu və daimi Komitəsinin hesabatları, Belarusda keçirilmiş erkən parlament seçkiləri ilə bağlı müşahidə missiyasının rəyi təqdim olunacaq.

Bundan əlavə, sessiya çərçivəsində Gürcüstan Prezidenti Salomi Zurabişvili, Moldova Prezidenti İqor Dodon çıxış edəcək, parlamentarilərin suallarını cavablandıracaqlar.

Daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlər seçiləcək. Həmçinin bir sıra vacib məsələlər üzrə debatların keçirilməsi planlaşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AŞPA  





Xəbər lenti