Əli Əsədov ARDNF-nin Müşahidə Şurasının sədri seçildi

   Əli Əsədov ARDNF-nin Müşahidə Şurasının sədri seçildi
  17 Dekabr 2019    Oxunub:2456
Nazirlər Kabinetində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, iclasda ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi haqqında sərəncamdan irəli gələn tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Baş Nazir Əli Əsədov Müşahidə Şurasına sədr seçilib.

Eyni zamanda ARDNF-nin 2020-ci il üçün büdcə layihəsi və digər məsələlər müzakirə olunub.

Azvision.az



Teqlər: Nazirlər-Kabineti   ARDNF   Əli-Əsədov  





Xəbər lenti