“Azərbaycan özünü elektrik enerjisi ilə tam təmin edir” - Prezident
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbul edərkən deyib.
Prezident qeyd edib ki, sentyabr ayında onun iştirakı ilə stansiyanın açılışı olub: “Gücü 400 meqavat olan stansiya bizim enerji potensialımızı böyük dərəcədə artırır. Şərti yanacağın sərfiyyatı da çox aşağı səviyyədədir. Ona görə bu stansiya bütün standartlara cavab verir”.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev