AMEA-nın Fəlsəfə İnstitutu müsabiqə elan edib

AMEA-nın Fəlsəfə İnstitutu  müsabiqə elan edib
  16 Dekabr 2019    Oxunub:2077
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.
Fəlsəfə İnstitutundan Azvision.az -a bildirilib ki, vakant yerlər Müasir siyasətin fəlsəfəsi şöbəsində aparıcı elmi işçi vəzifəsi üzrə 2 yer, Məntiq şöbəsində aparıcı elmi işçi vəzifəsi üzrə 1 yer, Estetika şöbəsində isə böyük elmi işçi vəzifəsi üzrə 1 yerdir.

Müsabiqədə fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, bu gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Azvision.az



Teqlər: Fəlsəfəİnstitutu  





Xəbər lenti