Bakı sakinlərinə qarşı quldurluq edilib

  16 Dekabr 2019    Oxunub : 1110
Bakı sakinlərinə qarşı quldurluq edilib
Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Rzayev dekabrın 15-də saat 2 radələrində iki nəfərin onu döyərək pulunu və mobil telefonunu aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədli keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb, digərinin şəxsiyyəti müəyyən edilib.

Onların həmin gün saat 4 radələrində Səbail rayonunun Xəqani küçəsindəki bağda paytaxt sakini Ə.Nağıyevin qoluna bıçaqla xəsarət yetirib 83 manatını almaları da müəyyən edilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Azvision.az

Teqlər: DİN