Bakı məktəblərində 27 mindən çox müəllim çalışır

 Bakı məktəblərində 27 mindən çox müəllim çalışır
  16 Dekabr 2019    Oxunub:3261
Hazırda Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 27 192 müəllim çalışır, 441 077 şagird təhsil alır.
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev təqvim ilinin yekunları ilə bağlı çıxışında deyib. Onun sözlərinə görə, bu məktəblərin I siniflərində 45 637, IX siniflərində 30 945, XI siniflərində 19 521, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 182 nəfər təhsil alır.

“2019-cu ildə ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi vasitəsilə aparılıb. Bu ildən etibarən ilk dəfə olaraq ümumi təhsil müəsissələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib. Qurumun tabeliyindəki 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb. 48 mindən çox uşaq birinci sinfə qəbul edilib. 25 832 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub. 1433 nəfər fərqlənmə attestatı alıb”.

R.Tağıyev bildirib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 877, tam orta təhsil səviyyəsi üzrə isə 556 nəfər fərqlənmə attestatı ilə bitirib.

“XI sinif məzunlarından 14-ü qızıl, 1-i isə gümüş medala layiq görülüb. 39 məktəbdə 170 “Sağlam təhsil” sinfi təşkil edilib. 161 məktəbdə 348 təmayül sinfi təşkil olunub. Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Müəllim   Şagird  





Xəbər lenti