Araz çayı tor və ov vasitələrindən təmizlənib

Araz çayı tor və ov vasitələrindən təmizlənib
  16 Dekabr 2019    Oxunub:1707
Su hövzələrinin qadağan olunmuş ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Araz çayının İmişli rayonun Şahverdli, Göbəktala, Məmmədli, Rəsullu kəndləri və Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsi qadağan olunmuş sintetik torlardan və digər ov vasitələrindən təmizlənib.

ETSN-nin Regional Ekologiya İdarəsinin rəisi Kənan Kərimli jurnalistlərə bildirib ki, 3 saylı Regional Ekologiya İdarəsinin və Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ilə birgə keçirilən reyd zamanı sözügedən ərazidən qadağan olunmuş ov alətləri maddi sübut kimi götürülüb və müvafiq sənədləşmə işləri aparılıb. Reydlər davam etdirilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Suhövzələri  





Xəbər lenti