Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı
  16 Dekabr 2019    Oxunub:2675
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşü atılıb.
Azvision.az xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə 1/8 finalın cütlükləri müəyyənləşib:

"Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)

"Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə)

"Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya)

"Atletiko" (İspaniya) - "Liverpul" (İngiltərə)

"Çelsi" (İngiltərə) - "Bavariya" (Almaniya)

"Lion" (Fransa) - "Yuventus" (İtaliya)

"Tottenhem" (İngiltərə) - "Leyptsiq" (Almaniya)

"Napoli" (İtaliya) - "Barselona" (İspaniya)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.

Kənan Məmmədov
Azvision.az


Teqlər: UÇL   Futbol  





Xəbər lenti